• cümə axşamı, 28 mart, 19:58
  • Baku Bakı 13°C

İbra MY-dən niyə ayrılıb?

29.03.18 11:30 591
İbra MY-dən niyə ayrılıb?
Zlatan İbrahimoviçin "Mançester Yunayted”dən ayrılmasının səbəbi bəlli olub.
Kaspi.az xəbər verir ki, bu barədə onu əməliyyat edən cərrah Freddi Fu məlumat verib. O bildirib ki, Çempionlar Liqasında "Sevilya”ya məğlubiyyətdən sonra İbra MY-dən ayrılmaqla bağlı qərar verib:
"Onun planı o idi ki, meydana qayıtsın və MY ilə titul qazansın. Xüsusən də Çempionlar Liqasını qazanmağı çox istəyirdi. Ona görə də "Sevilya” ilə oyundan sonra ayrılmaqla bağlı qərar verdi.
Nəzərə alaq ki, MY-nin Premyer Liqanın da qalibi olmaq şansı demək olar ki, yoxdur. "Siti”yə çatmaq mümkünsüzdü. "Mançester Yunayted” təkcə İngiltərə kubokunu qazana bilər ki, bu da İbra üçün vacib titul sayılmır”.
İbrahimoviç karyerasını MLS klubu "Los-Anceles Qelaksi”də davam etdirəcək.
banner

Oxşar Xəbərlər