• çərşənbə, 24 Aprel, 14:18
  • Baku Bakı 27°C

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

14.07.15 10:13 408
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11-də başlanacaq və 3 saat davam edəcək.
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
Məlumat üçün bildirək ki, imtahanda 26920 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22381 nəfəri I qrup üzrə, 4539 nəfəri IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 24074 nəfəri (I qrup üzrə 19959 nəfər, IV qrup üzrə 4115 nəfər) Azərbaycan bölməsinin, 2846 nəfəri (I qrup üzrə 2422 nəfər, IV qrup üzrə 424 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 15809 nəfəri (I qrup üzrə 13990 nəfər, IV qrup üzrə 1819 nəfər) oğlanlar, 11111 nəfəri (I qrup üzrə 8391 nəfər, IV qrup üzrə 2720 nəfər) isə qızlardır. 26200 nəfər orta ümumtəhsil məktəblərinin, 18 nəfər ali təhsil müəssisələrinin, 702 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 191 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1980-ci ildən, ən gənci isə 2000-ci ildəndir.
Bakı şəhərində 11942, Naxçıvanda 1206, Gəncədə 3181, Sumqayıtda 1733, Mingəçevirdə 1214, Şəkidə 1749, Ağcabədidə 925, Göyçayda 1349, Şirvanda 978, Lənkəranda 1574, Xaçmazda isə 1069 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunmasına 216 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2230 nəzarətçi-müəllim cəlb olunacaq.
banner

Oxşar Xəbərlər