• cümə axşamı, 25 aprel, 08:51
  • Baku Bakı 14°C

I Avropa Oyunlarında iştirak edən idmançıların paradı keçirilib

12.06.15 21:55 1197
I Avropa Oyunlarında iştirak edən idmançıların paradı keçirilib
Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarında iştirak edən 50 ölkəni təmsil edən 6 min idmançının paradı başlayıb.
APA-nın məlumatına görə, paradın önündə Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkəyə hörmət əlaməti olaraq Yunanıstan təmsilçisi gedir.
Azərbaycan istisna olmaqla, digər ölkələrin komandaları Yunanıstanın arxasında əlifba sırası ilə düzülüb. Paradı ev sahibi kimi Azərbaycan idmançıları başa vuracaq. Stadiona Avropa Olimpiya Komitəsinin bayrağını Avropanın müxtəlif ölkələrindən olan 8 tanınmış qadın və kişi gətirəcək. Bayraq Avropa Olimpiya Komitəsinin 50 üzvünü təmsil edir.
banner

Oxşar Xəbərlər