• cümə, 26 Aprel, 08:03
  • Baku Bakı 12°C

“I Avropa Oyunları yaxınlaşdıqca, bəzi təxribatçı qüvvələr fəallaşacaq”

02.02.15 08:10 865
“I Avropa Oyunları yaxınlaşdıqca, bəzi təxribatçı qüvvələr fəallaşacaq”
Milli Məclisin sədri Oqtay Əsədov bəzi qüvvələrin Azərbaycanda I Avropa Oyunlarının keçirilməsinin qarşısını almağa cəhd etdiklərini bildirib.
APA-nın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında O.Əsədov bildirib ki, Avropanın ilk möhtəşəm oyunu Azərbaycanda keçiriləcək: “Bundan insanlar ruh, zövq aldığı təqdirdə, bəzi qüvvələr var ki, bundan qıcıqlanır və buna qarşı tədbirlər aparırlar”.
Həmin qüvvələrin adını açıqlamayan spiker qeyd edib ki, bu oyunlar yaxınlaşdıqca, bu cür insanlar fəallaşacaq.
Deputat Siyavuş Novruzov da qarşıdan gələn Avropa oyunları ilə bağlı bəzi qüvvələrin Azərbaycanda fəallaşdığını bildirərək, onların təxribat niyyətli olduğunu deyib. O bildirib ki, onların işi gücü Azərbaycanda hansısa nöqsan axtarmaq, təxribat yaratmaqdır.
banner

Oxşar Xəbərlər