• cümə axşamı, 25 aprel, 13:49
  • Baku Bakı 23°C

I Avropa Oyunları üçün büdcədən 1,3 mlrd. manat ayrılacaq

14.10.14 15:46 1012
I Avropa Oyunları üçün büdcədən 1,3 mlrd. manat ayrılacaq
2015-ci ilin Azərbaycanın dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitlərdən Bakıda I Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlərlə bağlı xərclərə 1,3 mlrd. manat xərclənəcək.
“APA-Economocs”in məlumatına görə, bu barədə Maliyyə Nairliyinin açıqladığı 2015-ci ilin dövlət və icmal büdcələrinin təqdimatında bildirilir.
Qeyd edək ki, 2015-ci il dövlət büdcəsində əsaslı xərclər üçün 9 366 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 965,0 mln. manat və ya 11,5% çoxdur. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 44,4% təşkil edəcək.
Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərindən 6930,0 mln. manat xərclənməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər