I Avropa Oyunları Rusiya ilə Azərbaycan arasındakı dostluğu gücləndirəcək
Azərbaycanda iyun ayının 12-dən 28-dək keçiriləcək I Avropa Oyunları dünya mediasının diqqət mərkəzindədir. Rusiya nüfuzlu “Runews24” xəbər portalında Azərbaycan haqqında “Avropa Oyunları Bakı və Moskva üçün nəyi dəyişir?” başlıqlı məqalə dərc olunub.
Məqalədə bildirilir ki, I Avropa Oyunları Rusiya ilə Azərbaycan arasında olan dostluq əlaqələrini nümayiş etdirir:
“12 iyunda Bakı şəhərində İlk Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Azərbaycan multikulturalizm və başqa dinlərin sülh şəraitində mövcud olması ilə məşhur olan ölkədir. Bu ölkədə keçiriləcək yarış, Avropada yaşayan müxtəlif xalqlarının birləşməsinə xidmət edəcək. Əminlikdə demək olar ki, artıq bu tədbir Rusiya ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsində böyük rol oynayıb. Buna misal olaraq, Rusiya prezidenti Vladimir Putinin Oyunların açılış mərasimində iştirakını göstərmək olar. Rusiya prezidentinin Bakıya səfər etməsi və Azərbaycan prezidentinin 9 may-Qələbə Günü tədbirində iştirakı, ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir. Həmçinin politoloqlar hesab edir ki, Azərbaycan ilə Rusiya arasında olan münasibətlər təkcə ümumi siyasi və iqtisadi maraqlar ətrafında inkişaf etmir.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, mentalitet fərqinə baxmayaraq, həm Azərbaycanda, həm də Rusiyada bir çox məsələlərə ümumi baxışlar mövcuddur: “Bu, bizim birgə tarixi irsimizin, ortaq keçmişimizin, adət-ənənələrimizin və mədəni dialoqumuzun qorunmasına aiddir. Bunlarsız xalqlar arasında normal əlaqələr qurmaq mümkün deyil. Bu əlaqələr həm də bizim ölkələrin təkcə strateji müttəfiqlər deyil, həm də yaxşı dostlar olmasına şərait yaradır. Biz dostlar kimi bir-birimizə kömək edirik, müxtəlif sahələrdə öz təcrübəmizi bölüşürük. Bu əlaqələr əlbəttə ki, Rusiya və Azərbaycanda həyata keçirilən layihələrin uğurlu inkişaf etməsinə kömək edir. I Avropa Oyunlarını buna misal kimi göstərmək olar”.
Məşhur siyasətçilərdən biri olan Vladimir Jrinovski qeyd edib ki, İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan hazırda iqtisadiyyatı sürətlə inkişaf edən çox nüfuzlu ölkəyə çevrilib: “Həmçinin burada rus məktəbləri, Slavyan Universiteti, rus icması da fəaliyyət göstərir. Mən sizin respublikaya daha da çiçəklənməyi arzu edirəm. Bakı bütün dünyada I Avropa Oyunlarının paytaxtı kimi yadda qalacaq”.
Yazar sonda qeyd edir ki, Rusiyanın məşhur şəxsləri təkcə I Avropa Oyunlarını deyil, həmçinin xalqlar arasında olan dostluq münasibətlərini də təbliğ edirlər: “Həmçinin Azərbaycan mediası da rusiyalı aktyorlara, müğənnilərə, idmançılara da böyük diqqət ayırır. Həm Rusiyada həm də, Azərbaycanda məşhur olar aparıcı Yuriy Nikolayev bildirib ki, o, I Avropa Oyunlarında Rusiya ilə bərabər Azərbaycana da azarkeşlik edəcək”.
Sənan Əhliman