• cümə, 29 Mart, 11:51
  • Baku Bakı 5°C

I Avropa Oyunları ilə əlaqədar Bakıda pulsuz “wi-fi” zonalar olacaq

29.04.15 09:27 1081
I Avropa Oyunları ilə əlaqədar Bakıda pulsuz “wi-fi” zonalar olacaq
“Azərspace 1” telekommunikasiya peyki bu gün Avropa Oyunlarının bütün dünyaya yayımı üçün cəlb olunan 4 süni peykdən biri seçilib.
APA-nın xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib ki, artıq peyk test prosesindən keçib.
Onun sözlərinə görə, bu gün istifadə üçün peyk tamamilə hazırdır.
Ə. Abbasov həmçinin əlavə edib ki, Avropa Oyunları ilə əlaqədar ictimai yerlərdə, bir çox parklarda, olimpiya kəndində, oyunlar ətrafında olan sahələrdə “wi-fi” zonalar istifadəyə veriləcək: “Bunların bir çox hissəsi əsasən operatorlar, provayderlər tərəfindən həyata keçiriləcək. Biz onlara əsasən bir güzəşt təklif edirik ki, 2 ay müddətində onların fəaliyyəti pulsuz həyata keçirilsin, sonradan isə onları ödənişli olaraq həyata keçirə bilərlər”.
banner

Oxşar Xəbərlər