• şənbə, 20 Aprel, 18:53
  • Baku Bakı 24°C

I Avropa Olimpiya Oyunları ilə bağlı marşrut xətləri müəyyənləşdirilib

25.02.14 16:03 1195
I Avropa Olimpiya Oyunları ilə bağlı marşrut xətləri müəyyənləşdirilib
Gələn il Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi nəqliyyat sahəsində əsas qərargah seçilib.
Belə ki, ölkəyə gələcək qonaqlara Mərkəz tərəfindən marşrutlar və lazımi istiqamətlər göstəriləcək. Bu barədə «APA-Economics»ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, I Avropa Olimpiya Oyunları ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanır.
«Artıq marşrut xətləri müəyyənləşdirilib və hazırda «Avtocad Map» proqramı üzərində Mərkəzin mütəxəssisləri tərəfindən sxemlər işlənilir», - deyə Mərkəzdən bildirilib.
banner

Oxşar Xəbərlər