• cümə, 29 Mart, 19:27
  • Baku Bakı 14°C

“I am Jazman!” müsabiqəsi qaliblərinin konserti keçirilib

20.10.18 10:45 549
“I am Jazman!” müsabiqəsi qaliblərinin konserti keçirilib
Oktyabrın 18-də Beynəxalq Muğam Mərkəzində "Bakı Jazz” Beynəxlalq caz festifalı çərçivəsində keçirilən gənc ifaçıların "I am Jazman!” müsabiqəsinin iştirakçılarının qala-konserti və qaliblərinin mükafatlandırılması keçirildi.
Trend-in məlumatına görə, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "Jazz Dünyası” jurnalı dəstəyi ilə həyata keçirilir.
Konsertdə gənc ifaçılar vokal imkanlarını nümayiş etdilər. Koreya, Rusiya, Ukrayna və Azərbaycandan gənc ifaçılar birlikdə çıxış edərək, dünyada məhşur olan caz əsərlərini və milli caz kompozisiyalarını səsələndirdilər.
Konsertdə Camal Bayramlı, Aydın Zeydullayev, Andrey Konstantinov, Heydər Məmmədov, Leyla İzzətova, Natavan Quliyeva, Kamil Qədimzadə, Yusif Qasımov, Jalə Quliyeva, Əminə Hacıyeva, Aişə Nəcəfova, Albina Pyakşova, Kim Honk Canq , Darina Minina, Şahsənəm Vısotska, Seymur Həsənsoy, Ləman Abbaszadə çıxış etdilər. Vokal ifalarla yanaşı akkordeon, skripka, zərb alətləri, gitara. saksofon, piano və başqa musiqi alətlərində ifalar səsləndi.
Sonda ifaçıları təltif etmək üçün festivalın direktoru Leyla Əfəndiyeva və münsiflər heyətinin sədri Rauf Əliyev səhnəyə dəvət olundular
Gənc caz ifaçıları diplom və hədiyyələrlə təltif olundular. Caz vokal nominasiyasında Leyla İzzətova I yerə, Yusif Qasımov II yerə , Albina Pyakşova III yerə; instrumental nominasiyada isə Aydın Zeydullayev I yerə, Andrey Konstantinov II yerə, Kim Honq Canq III yerə layiq görüldülər. Həmçinin "Baku Jazz” festivalında iştirakına görə Əminə Hacıyeva festivalın "Balaca iştirakçısı”nominasiyası üzrə xüsusi diploma layiq görüldü.
Konsertin aparıcısı Tofiq Həsənsoy idi.
Konsert cazsevərlər tərəfindən böyük maraqla qarşılandı.
Beynəlxalq Muğam Mərkəzində konsertlər və digər tədbirlər davam edir. Oktyabrın 22- də Beynəlxalq Muğam Mərkəzində bəstəkar Tahir Əkbərin xatirə gecəsi keçiriləcək.
Biletləri şəhərimizin kassalarında, ASAN xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar
banner

Oxşar Xəbərlər