• cümə, 29 Mart, 13:07
  • Baku Bakı 14°C

Hüsnü Mübarəkin azad olunması barədə qərar verildi

21.08.13 16:22 1134
Hüsnü Mübarəkin azad olunması barədə qərar verildi
Misir məhkəməsi üzərindən bəzi ittihamlar götürülən keçmiş prezident Hüsnü Mübarəkin azad olunması haqda qərar qəbul edib. “Reuters”in verdiyi xəbərə görə, məhkəmə H.Mübarəki həbsdə saxlamaq üçün ciddi əsaslar görməyib. Onun günün sonuna qədər azadlığa buraxılacağı bildirilir. Sabiq dövlət başçısının vəkili isə H. Mübərəkin avqustun 22-də həbsxanadan çıxa biləcəyini deyib.
Xatırladaq ki, H. Mübarək 2011-ci il fevralın 11-də 18 günlük çoxsaylı etiraz aksiyalarından sonra istefa verib. O, iki ildən çoxdur həbsdədir. 2012-ci il iyunun 2-də məhkəmə onu nümayişçilərin ölümündə günahkar bilərək ömürlük həbsə məhkum etsə də, bu hökm sonradan ali instansiya tərəfindən ləğv edilib. H. Mübarək və oğulları haqda korrupsiya ittihamları da var.
banner

Oxşar Xəbərlər