• cümə axşamı, 25 aprel, 07:30
  • Baku Bakı 14°C

Hüsni Mübarəkin ayağı sınıb

20.06.14 10:56 980
Hüsni Mübarəkin ayağı sınıb
Azadlıqdan məhrum edilmiş Misirin 86 yaşlı sabiq prezidenti Hüsni Mübarək hamam otağında sürüşərək yıxılıb, nəticədə onun omba sümüyü sınıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, keçmiş prezidentin əməliyyat olunacağı gözlənilir.
Hüsni Mübarək hazırda Qahirə yaxınlığında hərbi hospitalda müalicə olunur. Bu ilin may ayında o büdcə vəsaitlərinin mənimsəmə ilə bağlı cinayət işi üzrə 3 il müddətinə azadlıqdan məhrum edilib.
banner

Oxşar Xəbərlər