• cümə, 29 Mart, 17:47
  • Baku Bakı 14°C

Hüseyn Nağıyevin “Ömrümün istəyi” adlı solo konserti baş tutacaq

10.01.19 17:30 974
Hüseyn Nağıyevin “Ömrümün istəyi” adlı solo konserti baş tutacaq
Musiqili Teatrın 15 yaşlı aktyoru, kamança ifaçısı Hüseyn Nağıyevin 11 Yanvar saat 16:00-da Milli Konservatoriyanın "Bakı" zalında "Ömrümün istəyi” adlı solo konserti baş tutacaq. Konsert görkəmli kaman ifaçısı , əməkdar artist mərhum Ədalət Vəzirovun xatirəsinə həsr olunacaq.
Qeyd edək ki, Hüseyn Nağıyev ötən il Beynəlxalq Muğam Mərkəzində Habil Əliyev adına "Gənc Kamança İfaçılarının II RespublikaMüsabiqəsi” qalibidir. Kamança ifaçılığı üzrə müsabiqədə II yer tutan istedadlı gənc aktyorun uğurları təkcə bununla bitmir. 6 yaşından teatr səhnələrində yaddaqalan rollar nümayiş etdirən bu istedadlı oğlan Musiqili Teatrın 108-ci mövsümün anşlaqla keçən tamaşalarında - S.Bekket və F.Qarayevin "Qodonun İntizarında” (Oğlan) və Ə.Əmirli "Nuri-didə Ceyhun”da (Ceyhunun uşaqlığı) tamaşalarında öz üzərinə düşən obrazın öhdəsindən məsuliyyətlə gəlib.
Xatırladaq ki, Musiqili Teatrdan öncə Gənc Tamaşaçılar Teatrında çalışdığı zaman U. Şekspirin "III Riçard”da Uels şahzadəsi, H.Cavidin "Şeyx Sənan”da Cocuq, İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı”nda Nemətobrazlarını canlandırıb.
Hüseyn Nağıyev 2017-ci ildə Mədəniyyət müəssisələri, təhsil və yaradıcı birlikləri arasında təcrübə mübadiləsi yaratmaq və yaradıcı əlaqələrini artırmaq məqsədilə keçirilənİncəsənət Olimpiadasında 1-ci yer, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə İtaliyanın "Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsində 2-ci yer, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş ümumtəhsil və orta ixtisas məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların III Respublika müsabiqəsində 1-ci yerə layiq görülüb.

banner

Oxşar Xəbərlər