• cümə, 19 Aprel, 20:25
  • Baku Bakı 24°C

Hüseyn Dəryanın tələbəsi - Video

16.05.14 09:03 1381
Hüseyn Dəryanın tələbəsi - Video
Mərhum reper Hüseyn Dəryanın tələbəsi və yeganə davamçısı olaraq tanınan Əşrəf Dərya yeni repinə klip çəkdirib.
Bu ilin mart ayında yol qəzasına düşərək dünyasını dəyişən mərhum reper Hüseyn Dəryanın tələbəsi Əşrəf Dərya mayın 15-də çəkdirdiyi yeni klipin təqdimatını keçirib. Bu barədə klipin çəkiliş rəhbərliyini və prodüsserliyini öz üzərinə götürən prodüsser Sayqa Cahid məlumat verib.
Reperin "Bambaşqa" adlı trekinə çəkilən klipin rejissorluğunu Nicat Zeynallı həyata keçirib. Klipdə yenilənmiş Bakıdan söz açılır. O, bu treki mərhum reper və ustadı Hüseyn Dəryanın məsləhətilə yazıb. Nəhayət, 2 ayın tamamında Hüseyn Dəryanın xatirəsinə həsr edilən klip media və reperin yaxınlarının iştirakı ilə təqdim edilib.
Qeyd edək ki, təqdimatda iştirak edənlər arasında mərhum reperin övladları Aişə və Cahangir də olub./anspress/
banner

Oxşar Xəbərlər