• cümə axşamı, 25 aprel, 05:35
  • Baku Bakı 19°C

Hüseyn Dərya ağır yol qəzasına düşdü: ayağı sındı, başı əzildi

15.03.14 07:47 1716
Hüseyn Dərya ağır yol qəzasına düşdü: ayağı sındı, başı əzildi
Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən KaMAZ markalı maşına çırpılıb.
Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə ilə bağlı təcili yardıma saat 23.10-da cağırış olub. H. Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-ya bildirilib ki, qəza nəticəsində H. Dərya yüngül kəllə-beyin travması alıb və sağ ayağı sınıb.
banner

Oxşar Xəbərlər