• cümə, 29 Mart, 03:10
  • Baku Bakı 7°C

Hüseyn Cavidin “Şeyx Sənan” pyesinin orjinal nüsxəsi Türkiyədə satışa çıxarılıb

03.05.20 15:06 925
Hüseyn Cavidin “Şeyx Sənan” pyesinin orjinal nüsxəsi Türkiyədə satışa çıxarılıb
Böyük Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin "Şeyx Sənan” dörd pərdəli pyesinin orjinal nüsxəsi Türkiyədə satışa çıxarılıb.
AZƏRTACxəbər verir ki, 1926-cı ildə "Azərnəşr” tərəfindən çap edilən 121 səhifəlik kitab "Nadir kitab” Yayın Evi tərəfindən təqdim satışa çıxarılıb. Nəşr barədə arayışda məlumat verilir ki, kitabı avtoqrafla hədiyyə edən müəllif yazıb: "Qardaşım doktor Xəlil bəy əfəndiyə. Hüseyn Cavid”.

banner

Oxşar Xəbərlər