• cümə axşamı, 18 aprel, 09:01
  • Baku Bakı 12°C

“Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir”

18.12.18 13:45 306
“Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir”
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, Bakıdakı "Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin dəstəyi ilə Daşkənddə keçirilən "Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı beynəlxalq elmi konfransın materialları kitab halında çap edilib.
AZƏRTACxəbər verir ki, AMM-nin təşəbbüsü ilə çap olunan kitabda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, "Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, AMM-nin direktoru Samir Abbasov, akademik Kamran Əliyev, filologiya elmləri doktoru Azər Turan, özbək alimləri "Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Babaxan Şərif, Gülbahar Aşurova və başqalarının məruzələri yer alıb.
AMM-dən verilən məlumata görə, kitab Daşkənddəki kitabxanalara da göndərilib.
banner

Oxşar Xəbərlər