AZE | RUS | ENG |

Hüseyn Abdullayev tutularaq Azərbaycana gətirilib

Hüseyn Abdullayev tutularaq Azərbaycana gətirilib
Beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib.
 
APA-nın məlumatına görə, H. Abdullayev "İnterpol" tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib.
 
Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.

Daxili İşlər Nazirliyindən APA-ya H. Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.
 
2012-ci ildə H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edilib.
 
Qeyd edək ki, bu barədə ilk məlumatı "Qafqazinfo” saytı yayıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000