• cümə axşamı, 28 mart, 22:31
  • Baku Bakı 13°C

Hüseyn Abdullayev axtarışa verildi

26.06.13 16:00 1574
Hüseyn Abdullayev axtarışa verildi
Sabiq millət vəkili Hüseyn Abdullayev axtarışa verilib.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, ona qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işçi qaldırılıb.
Məlumatda qeyd olunub ki, H. Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub.
Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, Hüseyn Abdullayev bundan əvvəl 2007-ci ildə həbs olunub. O, parlamentin iclasında millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra F. Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Daha sonra məhkəmə onun 2 il müddətində azadlıqdan məhrumedilməsi ilə bağlı qərar qəbul edib. H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub və məhkəmə zalından azadlığa buraxılıb.
banner

Oxşar Xəbərlər