• cümə, 29 Mart, 01:06
  • Baku Bakı 7°C

Hürrü Əliyev Türkiyənin ana müxalifət lideri ilə görüşüb

27.01.14 13:04 1814
Hürrü Əliyev Türkiyənin ana müxalifət lideri ilə görüşüb
Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMACP) təşkilat komitəsinin sədri Hürrü Əliyev Türkiyəyə səfəri çərçivəsində bu ölkənin ana müxalifət lideri, Cumhuriyyət Xalq Partiyasının (CXP) başqanı Kamal Kılıçdaroğlu ilə görüşüb. Bu barədə “Kaspi”yə AMACP mətbuat xidmətindən xerilən məlumatda qeyd olunub ki, CXP lideri H.Əliyevi partiyanın qərargahında qəbul edib.
İlkin olaraq geniş heyətlə başlayan görüş daha sonra tərəflər arasında təkbətək davam edib. Görüşdə Türkiyə Azərbaycan münasibətlərinin hazırkı durumu, Dağlıq Qarabağ problemi və Güney Azərbaycan məsələləri müzakirə olunub. Həmçinin CXP və AMACP arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələsi ilə bağlı ikitərəfli razılıq əldə edilib. Kılıçdaroğlu H.Əliyevi növbəti dəfə Türkiyədə, xüsusi ilə də CXP-də görməsindən məmnunluq duyduğunu ifadə edərək, vurğulayıb ki, bundan sonra da partiyasının qapıları hər zaman AMACP üçün açıqdır. Öz növbəsində H.Əliyev də Türkiyədə yaxınlaşmaqda olan bələdiyyə seçkilərində CXP-yə qalibiyyət arzulayıb. Hər iki tərəf çox səmimi müstəvidə keçən belə görüşlərin intensiv olmasını söyləyiblər.
Onu da qeyd edək ki, bu dəfəki səfər zamanı Hürrü Əliyev CXP-nin xarici əlaqələr üzrə başqan yardımçısı Faruk Loğoğlu və CXP Ankara bələdiyyə başqanlığına namizəd Mansur Yavaşla da görüşlər keçirib.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər