• cümə axşamı, 25 aprel, 17:51
  • Baku Bakı 23°C

Hürrü Əliyev Türkiyədə görüşlər keçirib Fotolar

22.01.14 12:08 1909
Hürrü Əliyev Türkiyədə görüşlər keçirib Fotolar
Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMACP) sədri Hürrü Əliyev Türkiyədə səfərdədir. Səfər çərçivəsində H.Əliyev və təşkilat üzvləri Cümhuriyyət Xalq Partiyasının (CXP) Ankara Böyükşəhər adayı Mansur Yavası seçim bürosunda ziyarət edib, ona nailiyyət arzulayıblar.
Mansur Yavas bu ziyarətdən məmnunluq duyduğunu dilə gətirib, ölkələrimiz arasındakı dostluq, qardaşlıq əlaqələrindən söhbət açıb. Eyni zamanda o, H.Əliyevin sədr olduğu və ilk konqresini keçirəcək AMACP-yə uğurlar diləyib.
AMACP sədri H.Əliyevin Turkiyədə növbəti görüşü Demokratik Sol Partiyasının (DSP) mərkəzi qərargahında təşkilatın sədri Masum Türkərlə olub. Hər iki partiya lideri Azərbaycan və Türkiyə qardaşlığı barədə səmimi müzakirələr aparıblar. Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəylə DSP qurucusu Bülənt Ecevitin dostluqlarının dilə gətirildiyi görüşmədə M.Türkər mərhum prezidentin onlar üçün önəmli şəxsiyyət olduğunu vurğulayıb, partiyasının ona heyranlıq bəslədiyini diqqətə çatdırıb. Qeyd edib ki, DSP Moskvayla deyil, Bakıyla daha sıx münasibətlərin qurulmasında, həmçinin millətçiliyin əsas götürülməsində maraqlıdır.
R.İSMAYILOVFotolar"> Fotolar"> Fotolar"> Fotolar">
banner

Oxşar Xəbərlər