• çərşənbə axşamı, 19 mart, 06:25
  • Baku Bakı 8°C

Hüquqşünas: "Pandemiya dövründə ikiqat məsuliyyətli olmalıyıq"

03.04.20 21:05 688
Hüquqşünas: "Pandemiya dövründə ikiqat məsuliyyətli olmalıyıq"
"Koronovirus epidemiyası dövründə səylərin birləşdirilməsi, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verilməsi və bu istiqamətdə ümumi həmrəyliyə, konsolidasiyaya xidmət edəcək təşəbbüslərin irəli sürülməsi əsas vəzifələrdən biridir. Bu sahədə vətəndaş cəmiyyəti vacib rola malikdir".
Bu barədə "Konstitusiya" Araşdırmalı Fondunun prezidenti Əliməmməd Nuriyev "Facebook" profilində yazıb.
O qeyd edib ki, vətəndaş cəmiyyətinin hazırkı şəraitdə əsas missiyası maarifləndirmə, ictimai nəzarət və monitorinq tədbirlərinin, sosial dəstək təşəbbüslərinin həyata keçirilməsidir: "Azərbaycan Respublikasının Prezidentiyanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının REAL TV ilə birlikdə "Evdə qal, cəmiyyəti qoru!” ictimai monitorinq və məlumatlandırma kampaniyası məhz bu məqsədə xidmət edir. QHT-lərin bu istiqamətdə səylərinin artırılması, daha yaxşı koordinasiya, təkliflərin toplanması, soisal dəstək tədbilərinin planlaşdırılması üçün üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin koronavirusla mübarizəyə həsr olunan onlayn ümumrespublika konfransı keçirildı. Konfransda 400 QHT iştirak etdi. Konfrans yeni əlaqələndirmə mexanizmlərinin yaradılması, yeni təşəbbüslərin planlaşdırılması, regionlarda QHT Resurs Mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, maarifləndirmə işlərinin görülməsi, dövlət orqanlarının məlumatlandırılması ilə əlaqədar məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli oldu".
Hüquqşünas yazıb ki, Şura sədri Azay Quliyev qarşıda duran vəzifələr, Şura tərəfindən görülən və planlaşdırılan işlər barədə QHT-ləri məlumatlandırıb, tövsiyyələr verilib: "Konfransın keçirilməsi vətəndaş cəmiyətinin təşəbbüslərinin gücləndirilməsi, əlaqələndirilməsi və yeni ideyaların, yanaşmaların irəli sürülməsi baxımından əhəmiyyətli və məhsuldar oldu. Hesab edirəm ki, Konfransda səsləndirlən fikirlər və tövsiyyələr, irəli sürülən təkliflər QHT-lərin fəlaiyyətinin daha da gücləndirilməsimə yeni impusl verəcək. Öz tərəfimdən Konfransda səsləndirildiyi kimi QHT-lərin effektiv, sosial dəstək tədbilərini əhatə edəcək, nəticə əsaslı layihələr və təşəbbüslər irəli sürülməsinin vacibliyini bir daha xatırladıram. Çalışmalıyıq ki, əlimzdə olan məhdud resurslar parktik nəticələr verən layihələrə yönəldilsin. Pandemiya dövründə ikiqat məsuliyyətli olmalı və standart yanaşmalardan çəkinməli, konkret problemlərin həllini nəzərdə tutan fəaliyyətlərə üstünlük verməliyik".
Alpər TURAN

banner

Oxşar Xəbərlər