• cümə, 19 Aprel, 09:34
  • Baku Bakı 13°C

Hüquqi əsaslardan istifadə günümüzün tələbidir

06.10.18 13:15 495
Hüquqi əsaslardan istifadə günümüzün tələbidir
Ermənistanın beynəlxalq məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslardan istifadə edilməsi günümüzün tələbidir.
Bu fikriAZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev bildirib.
Əmir Əliyev deyib ki, müəllifi olduğu "Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabında ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri ardıcıl cinayətlərin ifşa olunması üçün hüquqi əsaslar barədə informasiyalar və beynəlxalq sənədlər bir yerə toplanılıb. "İnsanları məqsədli şəkildə kütləvi öldürmək, ailələri məhv etmək, dini, milli və irqi zəmində zorakılıq törətmək və s. hallar beynəlxalq hüquq tərəfindən qadağan olunur. Sadaladığımız bu elementlərin hər biri Ermənistanın Azərbaycana qarşı cinayətlərində mövcuddur. Bütün bunların dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan və Türkiyə ziyalılarının birgə fəaliyyəti çox önəmlidir. Təcavüzkar Ermənistanın törətdiyi cinayətlərin elmi-nəzəri və praktiki əsaslandırılması günümüzün tələbidir”.
Əmir Əliyev bildirib ki, "Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının yaxın zamanlarda Ukrayna, ispan və erməni dillərinə tərcüməsi də planlaşdırılır.
banner

Oxşar Xəbərlər