• cümə, 19 Aprel, 20:20
  • Baku Bakı 24°C

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib

04.06.19 13:08 484
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
İyunun 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
AZƏRTACxəbər verir ki, komitənin sədri Əli Hüseynli gündəliyə dörd məsələnin daxil olduğunu bildirib.
Əvvəlcə "Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qeyd edilib ki, qanuna bir sıra texniki dəyişikliklər, həmçinin "Kommersiya məhkəmələri” adlı VIII-I fəslin əlavə edilməsi təklif olunur.
İclasda, həmçinin Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
banner

Oxşar Xəbərlər