• cümə, 26 Aprel, 16:14
  • Baku Bakı 23°C

Hüquq pozulması hallarının qarşısı alınacaq

22.03.18 16:00 460
Hüquq pozulması hallarının qarşısı alınacaq
Martın 19-dan prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası başlayıb. Respublika üzrə bütün seçki məntəqələrində təbliğat lövhələri asılıb, həmçinin prezidentliyə namizədlər ödənişsiz efir vaxtından istifadə edirlər. Qanunvericilikdə təbliğat-təşviqat kampaniyasından bərabər şəraitdə istifadə edən namizədlərin bir-birinin hüquqlarını pozması qadağan edilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov sechki-2018.az saytına açıqlamasında təbliğat-təşviqat kampaniyası zamanı prezidentliyə namizədlərin hüquqlarının pozulmasına qarşı atılacaq addımları şərh edib.
MSK katibi bildirib ki, hansısa namizədin təşviqat materiallarının korlanması, yaxud bir namizədin digər namizədə qarşı addım atması halları qanunvericiliyə görə yolverilməzdir.
O deyib: "Belə halların qarşısını almaq üçün xüsusi nəzarət mexanizmləri yoxdur. Lakin qanunvericiliyin tələbinə görə namizədlər bir-birinin təşviqat aparmasına şərait yaratmağa borcludur. Belə hallar baş verərsə, Mərkəzi Seçki Komissiyasının və dairə komissiyalarının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq müdaxilə etmək imkanları var. Təcrübəyə görə Azərbaycanda belə qarşıdurmalar baş vermir. Adətən namizədlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada təbliğat kampaniyası aparırlar. Amma belə hallar baş verərsə, müdaxilə edəcəyik”.
M. Rəhimov qeyd edib ki, prezidentliyə namizədlər yerlərdə də dairə komissiyalarına müraciət edərək, təbliğat-təşviqat kampaniyası üçün yaradılmış şəraitdən istifadə edə bilərlər.
banner

Oxşar Xəbərlər