• çərşənbə axşamı, 16 aprel, 16:31
  • Baku Bakı 19°C

Hüquq müdafiəçiləri həbs olunan gənclərlə görüşüblər

20.07.18 13:00 541
Hüquq müdafiəçiləri həbs olunan gənclərlə görüşüblər
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov və müavini Elçin Şirinov Bakıda tuneli bağlamaqda təqsirli bilinərək həbs olunan sürücülərlə görüşüb.
Komitə sədri T. Hüseynov APA-ya bildirib ki, onlar Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə baş çəkiblər. Komitə nümayəndələri orada saxlanılan, Bakıda körpünün altında şampan partladaraq tuneli kəsən sürücülərlə görüşüb: "Həmin şəxslər saxlanmadan və onlara qarşı rəftardan heç bir şikayət etmədi. Onlar törətdikləri əməldən çox peşman olduqlarını, bəziləri isə bir daha toy karvanına qatılmayacaqlarını bəyan etdilər. Həbs edilən sürücüləri ən çox məyus edən onların 1 illik sürücülük hüququndan məhrum edilməsi olub”.
Qeyd edək ki, bir neçə gün əvvəl bir qrup sürücü Bakıda körpünün altında şampan partlatmaqla tuneldə nəqliyyatın hərəkətinə maneəçilik törədiblər. Bu əməli törədən 7 avtomobil aşkar edilib, 5 nəfər sürücü saxlanılıb. Sürücülər 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka azadlıqdan məhrum ediliblər.
banner

Oxşar Xəbərlər