• cümə, 29 Mart, 02:23
  • Baku Bakı 7°C

Hulusi Kılıç: Prezident İlham Əliyev işğalçı ölkənin hökumət başçısına, sözün əsl mənasında, dərs verdi

16.02.20 20:00 1937
Hulusi Kılıç: Prezident İlham Əliyev işğalçı ölkənin hökumət başçısına, sözün əsl mənasında, dərs verdi
Ermənistan tərəfi işğalçılıq siyasəti həyata keçirdiyi üçün açıq müzakirəyə hazır deyil. Dünyada ikili standartların tüğyan etməsinə baxmayaraq, həqiqət və fakt qarşı tərəfi mat vəziyyətinə salıb. Paşinyan bütün dünyaya göstərdi ki, erməni siyasətçilərdə yalan danışmaq, geniş ictimaiyyəti aldatmaq cəhdləri, sadəcə, genetik bir vərdişdir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç bildirib.
Əslində, Ermənistanın təcavüzkar siyasətinin çoxdandır ki, bütün dünyaya bəlli olduğunu ifadə edən səfir qeyd edib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini dünya ictimaiyyəti qarşısında açıq müzakirəyə çıxarmaqla, Azərbaycanın xarici siyasətinə yenilik gətirdi. Əlamətdar odur ki, belə ilk müzakirədə Prezident İlham Əliyev konstruktivliyini və məsələnin ədalətli dialoq yolu ilə həllinə tərəfdar olduğunu açıq göstərdi və Ermənistanın hökumət başçısını dalana dirədi. Qarşı tərəfin səsləndirdiyi ziddiyyətli ifadələr, yalan dolu "tarix” danışması və müasir dünyanın gözü qarşısında törətdikləri cinayətləri ört-basdır etmə cəhdi, işğal altındakı 7 rayondan, bir milyondan çox məcburi qaçqın və köçkün barədə danışmaq istəməməsi qəti şəkildə özünü doğrulda bilməzdi. Çünki o tarixi faktlar, dərin mühakimələr və beynəlxalq hüququn müəyyən etdiyi gerçəkliklərlə üz-üzə qalmışdı.
Səfir deyib: "Sülhsevər dünya ictimaiyyətinin, ədalətli siyasətçilərin qətiyyən şübhəsi yoxdur ki, Ermənistan tərəfinin Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Müzakirədən göründüyü kimi, Ermənistanın hökumət başçısının işğal faktını ört-basdır etmək cəhdləri boşa çıxdı. Çünki onun Dağlıq Qarabağın tarixi, ermənilərin Qafqaza köçməsi və s. məqamlara dair ortaya atmaq istədiyi fikirlər bir-birini təkzib edirdi”.
banner

Oxşar Xəbərlər