• şənbə, 27 Aprel, 02:56
  • Baku Bakı 14°C

Hulusi Akar hərbi çevrilişə cəhd edənlərin girovluğundan azad edilib

16.07.16 10:34 839
Hulusi Akar hərbi çevrilişə cəhd edənlərin girovluğundan azad edilib
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə cəhd edənlərin girovluğundan azad edildiyi bildirilir.

APA-nın məlumatına görə, bu barədə CNNTürk xəbər yayıb.

Xəbərə görə, girov götürülmüş Baş Qərargah rəisi Akınçı hərbi bazasına aparılıb.

Son saatlarda keçirilmiş əməliyyat nəticəsində isə H. Akar azad edilib.

Hazırda onun səhhətinin normal olduğu və davam edən əməliyyata rəhbərliyi üzərinə götürdüyü də qeyd olunur.
banner

Oxşar Xəbərlər