“Huawei” yeni telefon modellərini təqdim etdi
Qlobal texnologiya bazarında günü-gündən öz payını
artıran və artıq smartfon satışları üzrə dünyada ikinci yerdə qərarlaşmış
Huawei şirkəti Bakıda ictimaiyyətə özünün Mate seriya modellərini təqdim
edib. Media və ictimaiyyət nümayəndələri,
infuenserlərin, eləcə də texnologiya dünyası ekspertlərinin iştirakı ilə baş
tutmuş təqdimat mərasimində Mate 20 seriya modellərin özəllikləri qeyd olunub,
smartfonun üstünlükləri vurğulanıb. Qeyd edək ki, tədbirdə təqdim olunmuş Mate
20 seriya modellər Huawei Mate 20 lite, Huawei Mate 20, Huawei Mate 20 Pro və hər
kəsin uzun müddətdir ki, gözlədiyi Huawei Mate 20 RS (Porsche Design) modelləri
olub.
Tədbirdə çıxış edən və Mate 20
model smartfonların xüsusiyyətləri barədə danışan Huawei Azərbaycan İstehlak
Biznes Qrupunun rəhbəri Qu Yançen bu modellərin qeyri-adi texniki xüsusiyyətlərə
sahib olduğunu qeyd edib: "Hazırda mükəmməl Android smartfonların bazara gətirilməsi
fonunda istehlakçı gözləntiləri artır. Şirkətimiz bu ehtiyacların təmini
istiqamətində texnoloji inkişafı sürətli şəkildə aparır. Huawei Mate 20 Pro
istifadəçiyə yüksək performans, uzun ömürlü batareya, yüksək təhlükəsizlik və
Leica-dan olan Ultra Geniş Bucaq Linzalara malik kamerası ilə böyük foto və
videoqrafiya təcrübəsi təqdim edir. Smartfonun yerli istehsal olan Kirin 980
prosessoru isə 7 nanometrlik texnologiya əsasında hazırlanıb və 6.9 milyard
tranzistordan ibarətdir” Huawei modellərinin ölkəmizdə satışından bəhs edən Azərbaycan
üzrə Huawei CBG Direktoru Çu Yançen vurğulayıb ki, Azərbaycan xüsusilə flaqman
modelləri üçün geniş bazar payı və potensialı ilə Huawei şirkəti üçün regionun ən
vacib bazarlarından biridir”.
Hər kəs tərəfindən gözlənilən
Porsche Design Mate 20 RS premium modelindən danışan cənab Çu Yançen bu modelin
regionda yalnız Azərbaycanda satılacağını bildirib: "Çalışdığımız region - yəni
Belarus Respublikası və Qafqaz ölkələri üzrə üstün texnologiyaların tətbiqi və
məşhur avtomobil istehsalçısı ilə əməkdaşlıq şəraitində dizayn edilmiş Huawei
Mate 20 RS (Porsche Design) modelini yalnız Azərbaycan bazarına satışa
çıxartmışıq. Azərbaycan bu region üzrə Porsche Design modelinin satılacağı
yeganə ölkə olacaqdır. Bundan sonra Huawei Azərbaycan
bazarına daha çox diqqət yetirəcək və strateji və biznes planlarımız lokal
bazara uyğunlaşacaq. Gələcəkdə inanıram ki, Azərbaycan istehlakçıları Huawei məhsulların
texnoloji yenilikləri haqqında daha çox məlumat alıb, bizim məhsullarımızı daha
çox istifadə edəcək.”
Qeyd
edək ki, Mate seriyasından olan 3 model smartfonlar – Mate 20 lite, Mate 20 və
Mate 20 Pro rəsmi tərəfdaş mağazalar olan Baku Electronics, Soliton, Maxi.az,
Kontakt Home və İntegral mağazalarından əldə edilə bilər.
Huawei Mate 20 RS (Porsche Design) modeli isə
eksklüziv olaraq Baku Electronics mağazalar şəbəkəsində satılacaqdır.
Huawei CBG qrupu və məhsulları
haqqında daha ətraflı məlumat: