AZE | RUS | ENG |

“HSBC” bankı neftin qiymətinə dair proqnozunu azaldıb

“HSBC” bankı neftin qiymətinə dair proqnozunu azaldıb
Böyük Britaniyanın bank nəhəngi "HSBC” "Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu aşağı salıb.
AZƏRTAC banka istinadla xəbər verir ki, "HSBC” cari ildə "Brent”in bir barrelinin orta qiymətinin 64 dollar olacağını nəzərdə tutur. Bank əvvəlki proqnozunda 2019-cu il üzrə "Brent” neftinin qiymətinin 80 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırırdı.
Banka görə, qlobal iqtisadiyyata dair proqnozlar qeyri-müəyyən qalmaqda davam edir. Həmçinin ABŞ-da neft istehsalının artması və tələbatdakı qeyri-müəyyənliklər qiymətə dair proqnozun aşağı salınmasına təsir edən amillərdir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8931
GEL 1 1 Gürcüstan larisi 0.6302
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1934
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1784
CHF 1 1 İsveçrə frankı 1.6666
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2862