• cümə, 19 Aprel, 08:08
  • Baku Bakı 13°C

Hörümçək toru əsasında yeni biokompozit hazırlanıb

10.09.19 09:15 541
Hörümçək toru əsasında yeni biokompozit hazırlanıb
Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları, Mexanika və Optika Universitetinin və İsveçin SLU Universitetinin alimlərinin birgə araşdırmaları nəticəsində təbii hörümçək torunun proteinləri və optik aktiv nanohissəciklər əsasında yeni biokompozit hazırlanıb.
AZƏRTACscientificrussia.ru saytına istinadla xəbər verir ki, materialın əsas üstünlüyü onda təbii ipək lifləri və qeyri-üzvi sintetik hissəciklər birləşməsinin olmasıdır.
Unikal mexaniki xüsusiyyətlərə malik biokompozit yaxın infraqırmızı diapazonda təhrik zamanı optik cavab verə bildiyindən ondan biotibb sahəsində də istifadə etmək mümkündür.
banner

Oxşar Xəbərlər