AZE | RUS | ENG |

Hörümçək adamın yaradıcılarından biri olan Stiv Ditko 90 yaşında vəfat edib

Hörümçək adamın yaradıcılarından biri olan Stiv Ditko 90 yaşında vəfat edib
Amerikalı rəssam və yazıçı, "Marvel Comics” şirkəti üçün personajlar, o cümlədən Hörümçək adam və Doktor Strenci yaratmış Stiv Ditko 90 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter” jurnalı polisə istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, rəssamın cəsədi Nyu-Yorkda evində tapılıb. O, daha iki gün əvvəl vəfat etdiyindən, ölümün səbəbi açıqlanmır. Rəssam heç vaxt evli olmayıb.

Stiv Ditko Hörümçək adamı məşhur komikslər müəllifi Sten Li ilə birlikdə 1961-ci ildə yaradıb. O, həmçinin doktor Osminoq, Qum adam, Kələz və Yaşıl Qoblinin yaradılmasına kömək edib. Stiv Ditko Doktor Strenci 1963-cü ildə yaradıb. "Marvel Comics” şirkətini tərk edən rəssam 1979-cu ildə oraya qayıdıb. Son işlərindən biri 1992-ci ildə yaratdığı "Squirrel Girl” olub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112