• cümə, 26 Aprel, 09:51
  • Baku Bakı 12°C

Houlin Zao: "İKT sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər sosial-iqtisadi inkişafa öz töhfəsini verməkdədir"

29.11.16 13:06 1005
Houlin Zao: "İKT sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər sosial-iqtisadi inkişafa öz töhfəsini verməkdədir"
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Zaonun Bakıda keçirilən 22-ci "Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransının iştirakçılarına təbrik məktubu göndərib.
"APA-Economics”in məlumatına görə, təbrik məktubunda bildirilib ki, Azərbaycan diversifikasiya yolu ilə enerji resurslarından asılılığı azaltmaqla iqtisadi artıma nail olmaq və keyfiyyətli iş yerləri kimi yeni mənbələr yaratmaq yolundadır.
"Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, informasiya və telekommunikasiya sektoru Azərbaycanın gələcək inkişafının əsas aspektidir.
Artıq İKT neft və təbii qaz sektorundan daha mühüm milli gəlir mənbəyinə çevrilməkdədir. Bu gün Azərbaycanda İnternet əhalinin çox hissəsinin həyatının ayrılmaz tərkib hissələrindən birinə çevrilib. İKT sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkədə sosial-iqtisadi inkişafa öz töhfəsini verməkdədir. 2003-cü ildə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində Prezident İlham Əliyevin "qara qızıl”ı "insan qızılına” çevirək tezisini səsləndirməsindən sonra yeni inkişaf kursu müəyyən edən Azərbaycan hazırda regionun aparıcı dövlətlərindən biridir”, - deyə H.Zao qeyd edib.
H.Zao bildirib ki, BTİ bütün dünya xalqlarını birləşdirmək ideyasına tam sadiqdir: "BTİ hər kəsin İKT-nin üstünlüklərindən tam yararlanması və Minilliyin İnkişaf Məqsədlərinə (MİM) uyğun olaraq, İKT-dən geniş istifadəsi üçün şərait yaradır. Bu səbəbdən biz hələ 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatı və YUNESKO ilə birlikdə Rəqəmsal Rabitə üzrə Genişzolaqlı Komissiyanın yaradılmasında əsas vasitəçi olmuşuq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu işdə bizə dəstək verdiyinə görə təşəkkürümüzü bildiririk.
Ənənəvi olaraq uzun illərdir təşkil olunan "Bakutel” sərgisi sahə üzrə liderləri bir araya toplayan illik seçim forumuna çevrilib. Bu sərgi özəl sektora son nailiyyətlərini və gələcək planları nümayiş etdirmək üçün əlverişli imkan yaradan bir platforma rolu oynayır. "Bakutel-2016” sərgisinin ziyarətçilərinin səhiyyə, təhsil, nəqliyyat və mədəniyyət sahələri daxil olmaqla, rəqəmli iqtisadiyyatın bütün sektorlarına dair faydalı, qabaqcıl layihələr, xidmətlər və həllərlə tanış olmaq imkanı əldə etməsi təqdirəlayiqdir. Bu il "Bakutel” çərçivəsində bir neçə mühüm ikitərəfli sazişlərin imzalanması və yüksək səviyyəli görüşlərin keçirilməsi, görmə qabiliyyəti məhdud olan insanlar üçün "Danışan kitabxana” və "Google art project”- muzeylərin rəqəmləşdirilməsi” kimi perspektivli layihələrin təqdimatı sərginin nüfuzunu artırır. Fürsətdən istifadə edib, "Bakutel 2016” sərgi-konfransının bütün iştirakçılarına uğurlar arzulayıram”, - deyə təbrik məktubunda vurğulanıb.
banner

Oxşar Xəbərlər