• cümə axşamı, 18 aprel, 19:05
  • Baku Bakı 21°C

“Horadizin işğalı əmrini indiki Ermənistan prezidenti vermişdi”

05.05.14 12:27 1478
“Horadizin işğalı əmrini indiki Ermənistan prezidenti vermişdi”
“Beynəlxalq ekspertlər səviyyəsində hesablamalar aparılır. Bu hesablamalara əsasən, işğal nəticəsində Füzuli rayonuna dəyən ziyan əslində 5,5 yox, 31 milyard manatdır”.
Bunu Heydər Əliyevin doğum gününün 91-ci ildönümü münasibətilə çəkilmiş, Fizuli rayonunun Horadiz şəhərinin və 22 kəndinin işğaldan azad olunmasından bəhs edən “Böyük qələbəyə inamla” sənədli filminin təqdimatında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.
Ə. Həsənov bildirib ki, ermənilərin Horadizi işğal etməsi təsadüfi deyildi: “Nə üçün ermənilər Horadiz şəhərini işğal etdilər? Çünki Horadizdə regional neft bazası, üzüm qəbulu məntəqəsi və kənd təsərrüfatı texnikasını təmir etmək üçün baza vardı. İkincisi, Horadizin işğalı ilə Füzuli, Cəbrayıl və Zəngilan rayonları mühasirəyə düşürdü. Üçüncüsü, Horadizin işğalı ilə ermənilər İrana gediş-gəliş üçün asan yol əldə edirdilər, çünki orada bənd var idi. Horadizdən iki vacib nəqliyyat arteriyası – dəmiryol, Bakı-İrəvan avtomobil yolu keçirdi. Oradakı Lələ təpə də strateji məntəqə idi, çünki oradan Beyləqan və İmişli ərazisi görünürdü. Ona görə də Heydər Əliyev məhz bu istiqamətdə hücum əmri vermişdi. Ermənilər Horadiz döyüşlərində bizdən 3 dəfə artıq itki vermişdi. Bizim əsgərlərdən biri şəhid olmuşdu. Horadizin işğalı əmrini indiki Ermənistan prezidenti Serj Sərkisyan vermişdi. Ancaq Heydər Əliyev texnika olmadan torpaqlarımızı azad edib”./apa/
banner

Oxşar Xəbərlər