• cümə, 19 Aprel, 02:58
  • Baku Bakı 18°C

Horadizdə sərhəd-keçid məntəqəsi açılacaq

12.07.13 13:48 1527
Horadizdə sərhəd-keçid məntəqəsi açılacaq
İranın Ərdəbil vilayətinin Parsabad qəsəbəsində yerləşən Aslandüz sərhəd-gömrük məntəqəsinin yenidən açılması bu yaxınlarda baş tutacaq.
APA-nın məlumatına görə, bunu İranın “Press TV” kanalına açıqlamasında bu ölkənin Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında mövcud olan dərin mədəni, tarixi və dini əlaqələr digər sahələrdə əməkdaşlığın inkişafına da təsir edib: “Bu tendensiyanı qoruyub saxlamaq lazımdır. İranın Azərbaycanla quru sərhədin uzunluğu 380 kilometrdən çoxdur və bu iki xalq arasında əlaqələrin inkişaf etdirmək üçün vacib rol oynayır. Bu yaxınlarda da Aslandüz sərhəd-gömrük məntəqəsinin yenidən açılacaq”.
Səfir əlavə edib ki, tələb olunan avadanlıq artıq çatdırılıb və məntəqənin yenidən açılması üçün heç bir əngəl yoxdur: “Azərbaycan məntəqənin yenidən açılmasını alqışlayır. Bu hadisə sərhədə yaxın yaşayan insanların rifahının inkişafına töhfə verəcək”.
Qeyd edək ki, Horadiz (Azərbaycan) – Aslandüz (İran) sərhəd-keçid məntəqəsi 1993-cü ildə Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına qədər fəaliyyət göstərib. İşğaldan sonra məntəqənin fəaliyyəti dayandırılıb.
banner

Oxşar Xəbərlər