Horadizdə Heydər Əliyevlə bağlı konfrans keçirildi

Horadizdə Heydər Əliyevlə bağlı konfrans keçirildi

Təfsilat
11 Aprel 2013, 13:30 1436
Bu gün Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısıdır” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Konfransda Alı Alıyev “Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin yaradıcısıdır” adlı məruzə edib. İH başçısı bildirib ki, bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur. Ulu öndərin 90 illik yubileyinin keçirilməsi barədə ölkə başşçısı İlham Əliyev 21 yanvar 2013-cü il tarixdə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Sərəncam imzalayıb. Ölkə başçısının Sərəncamını əldə rəhbər tutan Füzuli rayon İcra Hakimiyyəti bununla əlaqədar Tədbirlər Planı hazırlayıb. Tədbirlər Planına uyğun olaraq, rayonun bütün yaşayış məntəqələrində, təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir.
Sonra YAP rayon təşkilatının sədri, təhsil şöbəsinin müdiri Almaz Həşimova, rayon prokuroru Rəfayıl Zeynalov və digərləri çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, keçdiyi mənalı ömür yolundan və Azərbaycanın dövlətçilik tarixində oynadığı roldan danışıblar.