• çərşənbə axşamı, 16 aprel, 11:45
  • Baku Bakı 14°C

Hoqland “Amerikanın Səsi”nə müsahibəsində fikrinin təhrif olunmasını şərh edib

10.08.20 15:07 687
Hoqland “Amerikanın Səsi”nə müsahibəsində fikrinin təhrif olunmasını şərh edib
ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland "Amerikanın Səsi” radiosunun Ermənistan xidmətinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərinin təhrif olunmasını Trend-ə şərh edib.
O deyib: "İlk növbədə qeyd etmək lazımdır ki, mənim "Amerikanın Səsi”nin Ermənistan xidmətinə müsahibəm, Trend-ə indi verdiyimi müsahibə kimi ingilis dilində idi. Daha dəqiq olmaq üçün, mən dedim ki, "fikrimcə BMT protektoratlığı yaradıla bilər", yaradılmalıdır demədim. Bu, mümkün variantlardan biridir. İkincisi, vurğulamaq istərdim ki, mən ABŞ-ın məlumatlı vətəndaşı kimi danışırdım. Mən nə ABŞ hökumətinin adından, nə də hazırda İdarə heyətinin üzvü olduğum "Caspian Policy Center”in adından danışmırdım”.
banner

Oxşar Xəbərlər