AZE | RUS | ENG |


Hollandiyanın Türkiyəyə ögey münasibəti nədən qaynaqlanır?

Hollandiyanın Türkiyəyə ögey münasibəti nədən qaynaqlanır?
Millət vəkilləri hesab edirlər ki, baş verənlər Avropanın söz azadlığı və demokratiya prinsiplərinə ziddir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Hollandiyaya uçuş izninin ləğv edilməsi iki ölkə arasında gərginliyə səbəb oldu. Bu məsələ eyni zamanda bütün dünyanın siyasi arenasında diqqət mərkəzinə gəldi. Azərbaycan da Türkiyəyə qarşı belə bir addımın atılmasına biganə qalmadı. Xarici İşlər Nazirliyi bunu pisləyən bəyanatla çıxış etdi. Bəs görəsən, Hollandiyanın Avropanın söz azadlığı, demokratiya kimi prinsiplərinə zidd olan bu addımı nədən qaynaqlanır? Bunun nəticələri necə olacaq? Bu kimi suallarla  Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olan millət vəkillərinə müraciət etdik.

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Kaspi”yə açıqlamasında bildirdi ki, hazırda Almaniya və Hollandiyada seçki ərəfəsidir. Deputatın sözlərinə görə, həmin ölkələrin Türkiyəyə bu münasibətləri onların seçkidə özləri üçün müəyyən xal qazanmaq cəhdləri ilə bağlıdır: "Həm Almaniyada, həm də Hollandiyada baş vermiş hadisələr təəssüf doğurur. Sözügedən ölkələrin rəhbərləri türk icmasına istənilən şərtlərlə görüş, toplantı keçirməyə icazə verməyiblər. Bu isə Avropanın söz azadlığı və demokratiya prinsiplərinə ziddir. Düşünürəm ki, bu hadisələrin mahiyyəti ilk növbədə həm Almaniyada, həm də Hollandiyada seçki ərəfəsi olması ilə bağlıdır və onların seçkilərdə özləri üçün müəyyən xal qazanmalarına yönəlmiş addımlardır. Beynəlxalq münasibətləri öz daxili siyasətində istifadə etmək istəyən siyasətçilər əslində Avropa-Türkiyə münasibətlərinə xələl gətiriblər”.
 
 

A.Mollazadə deyir ki, belə bir görüşün Fransada sərbəst şəkildə keçirilməsi həmin ölkələrə nümunə ola bilər: "Orada belə bir görüş sərbəst şəkildə keçirilsə, digər ölkələrə mesaj olaraq çatdırılacaq ki, Fransa Avropa dəyərlərinə sadiq qaldı. Baxmayaraq ki Fransada da seçki keçirilir. Ümidvarıq ki, gələcəkdə Türkiyənin bu ölkələrlə münasibətləri emosional deyil, rasional və Avropa demokratik prinsiplərinə uyğun inkişaf edəcək”.

Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Avropa ölkələri tərəfindən Türkiyəyə qarşı ögey münasibətin olduğunu dilə gətirdi. Dedi ki, bu, çox yanlış bir siyasətdir: "Türkiyə ilə NATO kimi bir blokda müttəfiq olub, ona qarşı bu cür davranmaq doğru sayılmaz. Həm ikitərəfli münasibətlər baxımından Türkiyəyə qarşı normal davranış deyil, həm də beynəlxalq konvensiyalara sığmayan hərəkətdir. Bir blokda olub öz müttəfiqinə qarşı bu cür davranmaq normal deyil. Çağırışlar edərək Avropa İttifaqında Türkiyə ilə bir yerdə olmaq istədiklərini bildirirlər. Amma əvəzində fərqli davranışlar nümayiş etdirirlər. Bu, daha çox Türkiyəyə qarşı qısqanc münasibət, bu dövlətin güclənməsinə qarşı olmaq, bir az da qardaş ölkənin daxili işinə qarışmaqdır. Orada referendumla bağlı tədbirlər keçiriləcəksə, yaxud Ankara rəsmiləri, diplomatları Hollandiyaya gedirsə və onlara qarşı bu cür tədbirlər görülürsə, məncə, bununla Türkiyə xalqının daxili işinə qarışırlar, onların iradələrinə qarşı gedirlər. Bu hərəkətlərlə onlar türk xalqının iradəsini yönləndirməyə çalışırlar”.

F.Quliyev bildirdi ki, Türkiyəyə qarşı belə bir münasibətin sərgilənməsində dini amillərin də rolu var: "Bir xristian dövləti olaraq onlar Türkiyəni qısqanırlar. Bunu bir dəfə Angela Merkel ifadə etmişdi ki, biz Avropa Birliyini "xristian klubu” kimi görürük və burada da Türkiyəyə yer yoxdur. O, fikrini açıq şəkildə ifadə etmişdi. Bu davranışların arxasında Tükiyəyə qarşı münasibət durub”.
 
 

Millət vəkili hesab edir ki, Türkiyə-Rusiya münasibətlərindəki gərginliklərin aradan qaldırılması da burada müəyyən dərəcədə rol oynayır: "Görünür son zamanlar Türkiyənin Rusiya ilə münasibətləri sahmana salması da onları narahat edir. Türkiyə bütün qonşuları ilə yaxşı münasibətdə olmağa çalışır. Bu, Rusiya ilə bir bloka girmək, ittifaq yaratmaq deyil. Amma göründüyü qədər bir ara Türkiyəni Rusiyaya qarşı istifadə edə bilməmələri də bunlara yer edib”.

F.Quliyev qeyd etdi ki, bütün hallarda türklərə olan bu münasibət dolayısı ilə bumeranq effekti verəcək: "Avropa Birliyində və NATO-da olan ölkələrə çox pis təsir edəcək. Çünki bir çox ölkələr ümumiyyətlə, Türkiyənin NATO-da olmasını istəmirlər, güclü dövlət olaraq Türkiyənin orada iştirakından narahatdırlar. Həmin dövlətlərin Hollandiya da daxil olmaqla bu cür vəziyyət yaratmağı dolayısı ilə həm də onların özlərinə pis təsir edəcək. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da açıq ifadə etdi ki, bundan sonra sizin təyyarələr Türkiyəyə daxil olanda necə olacaq? O, sıravi adamları yox, diplomatları nəzərdə tutduğunu dedi. Bu həm də gələcəkdə diplomatik qalmaqala, münasibətlərin pozulmasına gətirib çıxaracaq. Yaxın və Orta Şərqdə yeni çözüm yolları axtarılan zamanda Türkiyəyə qarşı bu cür davranışı ağılsız bir addım hesab edirəm. Amma düşünürəm ki, Türkiyə bu durumdan da sağlam çıxacaq”.

Aygün


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202