• cümə, 29 Mart, 17:45
  • Baku Bakı 14°C

Hollandiyada İT təchizatı üzrə menecer işləyən azərbaycanlı xanım

07.05.20 16:10 1852
Hollandiyada İT təchizatı üzrə menecer işləyən azərbaycanlı xanım
Fəridə İsmayılova: "Çalışdığın sahəni sevmirsənsə, qazanacaqsan, amma xoşbəxt olmayacaqsan”
Məqsədyönlü olmaq, nə istədiyini bilmək, planlamaq, gördüyün işə fokuslanmaq və çox çalışmaq onun uğur sirridir. Uğursuzluqdan isə qorxmur. Ona görə insan karyera yolunda uduzacaq da, udacaq da... Əsas nə istədiyini bilmək və məqsədlərinin ardınca getməyi bacarmaqdır.

MüsahibimizHollandiyada Liberty Global beynəlxalq telekommunikasiya şirkətində beynəlxalq İT təchizatı üzrə menecer Fəridə İsmayılovadır.

Bakıda doğulub, böyüyüb. Orta məktəbi bitirdikdən sonra Slovakiyada Bratislavanın İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr, daha sonra magistr təhsili alıb. 2012-2013-cü ildə Erasmus proqramı ilə Parisdə ESCE International Business School məktəbində beynəlxalq biznes kursu keçib. Daha sonra Hollandiyanın ən nüfuzlu təhsil müəssisələrindən biri olan Tilburq Universitetində təchizat zənciri üzrə kurs bitirib. Azərbaycanda aparıcı mobil operatorun təchizat şöbəsində baş alıcı işlədikdən sonra karyerasına Hollandiyada davam edib.

- Fəridə xanım, adətən İT sahəsinə qızların marağı az olur. Peşə və iş seçiminizdə hansı meyarları üstün tutdunuz?
- Bütün dünyada digər sahələrdə olduğu kimi, İT sahəsində də balansın olmadığı müşahidə edilir. Bunun səbəblərindən biri İT ilə bağlı qadınlarda kifayət qədər informasiyanın olmaması və bu sahənin bəzi qadınlar arasında kişilərin sahəsi kimi tanınmasıdır. Təbii ki, bunlar stereotipdir. Qadınlar da istənilən peşədə kişilər qədər uğurlu ola bilərlər. Qadın və kişi olmasından asılı olmayaraq, əgər insan özünə inanırsa, daim öz üzərində işləyib dəqiq biliklərə yiyələnirsə, inkişafdadırsa, mütləq yaxşı nəticə olacaq. Hazırda İT təchizat sahəsində kifayət qədər qadın var. Bu sahəni seçməyimə səbəb isə perspektivli və maraqlı olmasıdır. Çünki bu peşədə insan hər dəqiqə yeni məlumat öyrənə bilir. Öyrənmək instinkti məni bu peşəyə gətirdi.


banner

Oxşar Xəbərlər