• şənbə, 20 Aprel, 10:57
  • Baku Bakı 14°C

Hollandiyada həmvətəninin dişlərini tökdü

28.10.19 15:30 1190
Hollandiyada həmvətəninin dişlərini tökdü
Hollandiya çempionatında keçirilən PSV – "AZ Alkmaar” qarşılaşmasında qonaqların futbolçusu ağır zədə alıb.
Sportinfo.az xəbər verir ki, "AZ Alkmaar”ın yunan futbolçusu Pantelis Xatsidiakos bir neçə dişini itirməli olub. Maraqlıdır ki, onu zədələyən də həmvətəni – Konstantinos Mitroğlu olub.
Qarşılaşmanın gedişində ikili mübarizə zamanı Mitroğlu həmyerlisinin sifətinə dirsəklə zərbə endirib. Nəticədə Pantelis 2 dişini itirib.
Oyun isə qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
banner

Oxşar Xəbərlər