• cümə, 26 Aprel, 09:33
  • Baku Bakı 12°C

“Hobbit” yenidən gündəmdə

16.06.15 10:58 1176
“Hobbit” yenidən gündəmdə
İngilis və dünya ədəbiyyatının əfsanəvi ədəbi nümunələrindən “Hobbit” silsiləsinin ilk nəşri üçün təqdim edilən əlyazma forması 137 min funt sterlinqə satılıb. “Guardian”dan verilən məlumata görə, qədim ingilis dilində qələmə alınmış möcüzələr və qəribə varlıqlarla dolu hekayətin əlyazması Tolkienin “Leeds”də təhsil almış tələbələrindən birinə verdiyi hədiyyədir. Tolkienin “Hobbit” silsiləsinin ilk kitabının ilk nəşri üçün yazılmış bu əlyazma nüsxəsi 1937-ci ilə aiddir. Bu həftə Londonda təşkil olunan, təntənəli tədbirlə müşayiət olunan hərracda fantastik janrın əvəzolunmaz incisi fantastik qiymətə satılaraq, ənənəvi “Hobbit” rekordunu yenilədi. Əsərin bundan əvvəl rekord qiymətə satılan əlyazması 2008-ci ildə “Sotebi” hərracında 50000 funt sterlinqə alıcı tapmışdı. Həmin nüsxəni Tolkien 1920-ci ildə “Leeds”də işləyən müəllim həmkarı Katerina Kilbricə hədiyyə edibmiş. Əlyazmanın həqiqətən də Tolkienə aid olduğunu isə məşhur araşdırmaçılar Con D.Reytlif və Tom Şippey təsdiqləyib. Nadir nüsxənin sahibinin kimliyi isə açıqlanmayıb.
banner

Oxşar Xəbərlər