AZE | RUS | ENG |

Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək

Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
Mayın 22-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi və ticari əlaqələrin mövcud vəziyyəti, Komissiyanın 2-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, Böyük Bitaniya tərəfdən Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberidir.
Hökumətlərarası Komissiyanın 3-cü iclası çərçivəsində Azərbaycan-Böyük Britaniya enerji forumu da keçiriləcək. Forumda Energetika naziri Pərviz Şahbazovun çıxışı, neft-qaz sektorunun, bərpa olunan enerji sahəsinin inkişafı, eləcə də Azərbaycanda enerji islahatlarına dair təqdimatlar nəzərdə tutulub.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933