• cümə, 29 Mart, 19:07
  • Baku Bakı 14°C

Hökumə Qurbanovanın 100 illik yubileyi qeyd olunub

12.06.13 09:52 1783
Hökumə Qurbanovanın 100 illik yubileyi qeyd olunub
Azərbaycan Dövlət Akademik Milli Dram teatrında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Hökumə Abbasəli qızı Qurbanovanın 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirlinin təşkilatçılığı ilə keçirilən yubiley gecəsində nazir müavini Ədalət Vəliyev aktrisanın həyat və yaradıcılığından danışıb: “Hökumə Qurbanovanın Azərbaycan mədəniyyətinə, xüsusilə də teatr və kino sahəsində göstərdiyi xidmətlər hədsizdir. Onun yaratdığı obrazlar Azərbaycan qadının simasında mükəmməl sənət əsərləridir”.
Tədbirdə aktrisanın çəkildiyi filmlərdən kadrlar göstərilib və Dram teatrının aktyorları onun rol aldığı tamaşalardan səhnəciklər nümayiş etdirib.
Yubiley gecəsinin ssenari müəllifi və rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olub.
Qeyd edək ki, yubiley gecəsi Azərbaycan prezidentinin 4 mart 2013-cü il tarixli sərəncamına əsasən təşkil olunub.
banner

Oxşar Xəbərlər