• cümə, 29 Mart, 11:52
  • Baku Bakı 5°C

Hitler erası

16.01.17 12:15 7392
Hitler erası

Adolf Hitlerin "Mənim mübarizəm” ("Mein Kampf”) kitabı 85 min nüsxəlik satış göstəricisi ilə ötən il Almaniyada rekorda imza atıb. Müəllifin nasizm ideologiyasının əsaslarını, bu ideologiyanın yaranması səbəblərini və yəhudi soyqırımına yol açan yəhudi nifrətini qələmə aldığı kitab Almaniyada 2016-cı ildə gözlənilməz yüksək satış göstəriciləri ilə fərqlənib. Belə ki, 2015-ci ilin sonlarında işıq üzü görəcək kitablar içərisində 35000 şərhin olduğu, oxunması çox vaxt aparan və çətin olan bu kitabın maraq görməyəcəyi iddia olunurdu. Hətta məhz bu səbəblə kitabın rəsmi sponsoru və nəşriyyatı "Almaniya Müasir Tarix İnstitutu” kitabın cəmi 25 min nüsxədə çapına qərar vermişdi. Lakin kitab ötən il ərzində 3 dəfə yenidən çap edildi. Nəşriyyatın sahibi Andreas Uirsçinq məsələ ilə bağlı verdiyi açıqlamada deyib: "Bu satış göstəriciləri hamımızı təəccübləndirdi. Bunu heç kim gözləmirdi. İnsanın təbiətində qadağan olana meyillilik bu qədər güclü imiş. Bu qədər çətin əsərin maraq görəcəyinə heç bir ümidim yox idi. Açığı qadağan olunmuş bir tarixə cəmiyyətimizdə bu qədər maraq olması, hamının keçmişin itirilmiş ideyalarını bu qədər mənimsəmək istəməsi məni sevindirir. Mən deyə bilmərəm 85000 alıcının neçəsi bu əsəri axıra kimi oxudu, ya da ümumiyyətlə, neçəsi oxudu. Amma hər halda bu, ölkəmizin tarixidir”.

"NTV”-nin xəbərinə görə, bu əsərin nəşrinə və yayımına İkinci Dünya Müharibəsinin qalib tərəfi olan ölkələrin yekdil qərarı ilə 70 il müddətinə qadağa qoyulub. 2015-ci ildə bu qadağanın keçərlilik müddətinin bitməsi ilə alman cəmiyyəti Hitlerin həyatı və ideologiyaları ilə bağlı ilkin və qərəzsiz mənbə olan "Mənim mübarizəm”in nəşri xəbərini gözləməyə başladı. Hitlerin hakimiyyətə gəlmək üçün etdiyi ilk dövlət çevrilişi cəhdi – Münhen çevriliş cəhdi 1923-cü ildə uğursuzluğa düçar olduqdan sonra uzun müddət həbsdə qalır. Bu kitab isə məhz Adolf Hitler həbsdə olarkən, 1923-24-cü illərdə yazılır. Adolf Hitlerin 1933-cü ildə baş nazir postuna təyin edilməsi ilə birgə əsər xüsusi nüfuz qazanır. Dünyanın 18 dilinə çevrilir və 12 milyon nüsxədən çox satılır.

Məlumat üçün onu da qeyd edək ki, kitab təəccüblü də olsa, ötən il italiyalı şagirdlərin də qiraət siyahısına daxil edilib və ötən ilin yekunlarında uşaqların ən sevdiyi 10 kitabdan biri olub.

banner

Oxşar Xəbərlər