• şənbə, 20 Aprel, 08:54
  • Baku Bakı 14°C

Hiperaktivlik sindromu olan adamların beyni müəyyən xüsusiyyətlərə malikdir

18.02.17 22:00 847
Hiperaktivlik sindromu olan adamların beyni müəyyən xüsusiyyətlərə malikdir
Niderlanda yerləşən Neymegen Universitetinin əməkdaşları müəyyən ediblər ki, diqqət defisiti və hiperaktivlik sindromunun (DFHS) səbəbi, çox güman, beyinlə bağlıdır. Belə ki, DFNS-i olan insanların beyinləri DFNS-dən əziyyət çəkməyənlərinkindən kiçikdir.
AZƏRTAC"Deccan Chronicle”yə istinadla xəbər verir ki, tədqiqatda 4 yaşından 63 yaşınadək bu sindromdan əziyyət çəkən 1713 nəfər və əziyyət çəkməyən 1529 könüllü iştirak edib.
Tədqiqatçılar iştirakçıların maqnit-rezonans tomoqrafiya məlumatlarını öyrəniblər. Onlar tədqiqat iştirakçılarının beyinlərini və DFNS ilə əlaqədar olan 7 zonanı ölçüblər. DFNS-dən əziyyət çəkən insanlarda beynin və pozulma ilə bağlı olan 5 nahiyənin, o cümlədən emosiyaların tənzimlənməsində iştirak edən badamcığın ölçüsü kiçik olub. Bu, xüsusilə uşaqlarda daha çox nəzərə çarpsa da, DFNS-dən əziyyət çəkən yaşlı adamlarda da müşahidə olunub.
Alimlər DFNS-ə görə dərman qəbul edən və etməyən adamlar arasında fərq tapa bilməyiblər. Yəni beynin bu xüsusiyyətlərinin DFNS-i müalicə edən preparatların qəbul edilməsinə aidiyyəti olmayıb. Mütəxəssislər vurğulayırlar ki, onlar bu mövzuda çox böyük tədqiqat aparıblar.
banner

Oxşar Xəbərlər