• çərşənbə axşamı, 23 aprel, 18:36
  • Baku Bakı 20°C

“Hindular”ın kapitanı gedir

05.01.19 13:15 662
“Hindular”ın kapitanı gedir
"Atletiko”nun kapitanı Dieqo Qodin karyerasını İtaliyada davam etdirə bilər.
Kaspi.az xəbər verir ki, Qodin "İnter”də çıxış edəcək. O, Milan nəhəngi ilə müqavilə şərtlərini razılaşdırıb.
Məlumata görə, Qodin "İnter”lə 2,5 illik müqavilə bağlayacaq. Yaxın günlərdə onun tibbi baxışdan keçəcəyi gözlənilir.
Qodinin "Atletiko” ilə müqaviləsi bu ilin yayında başa çatır. Onu ötən ilin yayında "Mançester Yunayted” transfer etmək istəyirdi. Ancaq həmin vaxt Qodin MY-nin təklifini qəbul etməmişdi.
Dieqo cari mövsümdə İspaniya çempionatında 13 oyunda meydana çıxıb və 2 qol vurub.
banner

Oxşar Xəbərlər