• cümə, 19 Aprel, 10:04
  • Baku Bakı 13°C

Hindistanlı din xadimi: “Dünyada sülhün bərqərar olması üçün yeganə yol təhsildir”

29.09.16 13:08 898
Hindistanlı din xadimi: “Dünyada sülhün bərqərar olması üçün yeganə yol təhsildir”
"İnsanlar din, sərhədlər, coğrafi ərazi naminə döyüşürlər”.

APA-nın məlumatına görə, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrində Hindistanın din xadimi və mütəfəkkiri Şri Şri Ravi deyib. O bildirib ki, planetdə sülhün bərqərar olması üçün yeganə yol təhsildir: "Hər bir uşaq əsas dinlər barədə məlumatlı olmalıdır. Bu zaman onda digər dinlərə ehtiram hissi yarana bilər. Bir araya gəlməklə, biz Tanrını tanıya bilərik. Biz cəhənnəmi yer üzərində yaratmağa çalışırıq, halbuki bir-birimizə hörmət və məhəbbət hissləri bəsləməliyik. Bütün dünya böyük ailədir. Əsl zamanıdır ki, sülhə imkan verək”.
banner

Oxşar Xəbərlər