• cümə axşamı, 25 aprel, 06:21
  • Baku Bakı 14°C

Hindistanın kommersiya və sənaye naziri Azərbaycana gələcək

02.09.16 19:38 1098
Hindistanın kommersiya və sənaye naziri Azərbaycana gələcək
Hindistanın kommersiya və sənaye naziri Nirmala Sitaraman oktyabrın 26-da Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının növbəti iclasında iştirak etmək üçün Bakıya gələcək.

Bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay RanaAPA-ya açıqlamasında bildirib.

Azərbaycan və Hindistan xarici işlər nazirlikləri arasındakı məsləhətləşmələrin son raundunun iyulun 28-də keçirildiyini deyən səfir bildirib ki,tərəflər ikitərəfli əməkdaşlığa dair bir çox məsələləri detallı müzakirə ediblər.

"Digər yüksək səviyyəli səfərlərlə bağlı təkliflər də nəzərdən keçirilir. Ümid edirik ki, bu səfərlərdən bəziləri baş tutacaq. Biz ikitərəfli əlaqələrimizin inkişafında qarşılıqlı səfərləri yüksək qiymətləndiririk”.
banner

Oxşar Xəbərlər