• cümə axşamı, 25 aprel, 08:11
  • Baku Bakı 14°C

Hindistanda bədbəxt hadisə nəticəsində 15 nəfər ölüb

02.12.19 11:45 394
Hindistanda bədbəxt hadisə nəticəsində 15 nəfər ölüb
Hindistanın Tamil-Nadu ştatında son 3 gündür davam edən güclü yağışlar səbəbindən 3 evin uçması nəticəsində ümumilikdə 15 nəfər ölüb, bir neçə adam dağıntı altında qalıb.
AZƏRTACHindistan KİV-lərinə istinadla xəbər verir ki, hər 3 hadisə ştatın Koymbator rayonunun Nadur kəndində baş verib. Ölənlərin 10-u qadın, ikisi uşaqdır. Dağıntı altında qalmaq ehtimalı olanların axtarışları çətin hava şəraiti ilə əlaqədar ləngiyib.
Tamil-Nadu ştatında şiddətli musson yağışları ciddi fəsadlara, o cümlədən sel və daşqınlara səbəb olub. Çox sayda ev və əkin sahəsi su altında qalıb. Ştatın meteorologiya qurumu şiddətli yağışların daha bir gün davam edəcəyi proqnozunu əsas götürərək bir neçə rayonda ən yüksək səviyyədə xəbərdarlıq elan edib. Orta məktəblərdə və kolleclərdə dərslər, ali təhsil ocaqlarında imtahanlar təxirə salınıb. Balıqçı gəmilərinin sahilə qayıtması tövsiyə olunub. Mülki müdafiə qüvvələri hazırlıq vəziyyətinə gətirilib. Su basmış evlərdən suyun çəkilməsi üçün əlavə nasoslar cəlb olunub.
Qeyd edək ki, şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində 5 nəfər də dekabrın 1-də ölüb.
banner

Oxşar Xəbərlər