• şənbə, 27 Aprel, 05:13
  • Baku Bakı 14°C

Hindistanda 30-a yaxın hərbçi dağıntı altında qalıb

14.07.19 19:39 13925
Hindistanda 30-a yaxın hərbçi dağıntı altında qalıb
Hindistanın Himaçal Pradeş ştatında üçmərtəbəli binanın uçması nəticəsində 30 hərbçi dağıntı altında qalıb.
AZƏRTACHindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə Solan şəhərində yerli vaxtla 15:50-də baş verib. Hadisə baş verəndə binadakı banket zalında hərbçilərin ziyafəti davam edirmiş. Dağıntı altından 4 nəfər sağ çıxarılıb. Hazırda dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam etdirilir.
İlkin ehtimala əsasən, binanın uçmasına səbəb son günlər bölgədə müşahidə olunan şiddətli yağışlardır.
banner

Oxşar Xəbərlər