• şənbə, 20 Aprel, 18:42
  • Baku Bakı 24°C

Hindistan yanvarda Azərbaycandan keçməklə Rusiyaya yüklərin daşınmasına başlayacaq

07.12.17 13:50 2626
Hindistan yanvarda Azərbaycandan keçməklə Rusiyaya yüklərin daşınmasına başlayacaq
Hindistan 2018-ci ilin yanvarından İran və Azərbaycandan keçməklə Rusiyaya konteyner yüklərin daşınmasına başlayacaq.
Trend-in məlumatına görə, bunu Hindistanın Aksiz və Gömrük Mərkəzi Şurasının komissarı Sandip Kumar deyib.
Onun sözlərinə görə, yük daşınması Hindistanın "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaqla baş verəcək.
S.Kumar qeyd edib ki, bu yüklərin daşınma müddətini indiki 35 gündən 17 günədək azaldacaq.
banner

Oxşar Xəbərlər